Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və 3+3 regional əməkdaşlıq platforması, o cümlədən Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq.
Yenisabah.az xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O qeyd edib: "Biz Bakı və Avrasiya İqtisadi İttifaqı ilə dialoqun güclənməsinin şahidi oluruq. Bunu Azərbaycanın Baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsinin indiki gözəl ənənəsi sübut edir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub. Sezar pizza
Bakı ilə qarşılıqlı fəaliyyətimizi müsbət qiymətləndiririk, çünki MDB çərçivəsində müxtəlif sektorlardakı tərəfdaşlarımız bu formatda çox fəaldır. Azərbaycan MDB-nin hər üç tematik paytaxtına ev sahibliyi edir, məsələn, Qəbələ gənclər paytaxtı, Gəncə isə idman paytaxtı kimi 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində 1500-dən çox idmançının iştirakı ilə III MDB Oyunları keçirilib.
Təbii ki, biz Bakının oktyabrın 10-da Düşənbə sammitinin bir sıra yekun sənədlərinə qoşulmasını alqışlayırıq. Bunlara dövlət başçılarının transmilli cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq və Çernobıl AES-də baş vermiş faciənin 40 illiyi ilə bağlı bəyanatları daxildir. Azərbaycan 2026-2028-ci illər üçün terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq proqramının – MDB ölkələrinin regional təhlükəsizliyin təmin edilməsi üzrə birgə fəaliyyətinin konkret istiqamətləri üzrə mühüm ortamüddətli sənədin qəbulunu dəstəkləyib”.
Telegram kanalımız