Zaxarovadan Bakı və İrəvana çağırış: “Bütün məhbusları azad edin“

saytların hazırlanması

Evə çatdırılma

Zaxarovadan Bakı və İrəvana çağırış: “Bütün məhbusları azad edin“

Rəsmi

06 Oktyabr 2022 15:54 1122


"Moskva Bakı və İrəvanı məhbusları “hamını hamıya” prinsipi ilə qaytarmağa çağırır".

Yenisabah.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib: “Vurğulamaq istərdim ki, Rusiya bu xarakterli humanitar problemlər ətrafında heç bir geosiyasi və digər oyunları sevmir. Moskva ardıcıl olaraq Bakı və İrəvanı bu məsələni nəhayət bağlamağa – “hamını hamıya” düsturuna əsasən məhbusları geri qaytarmağa çağırır". Dördpendirli pizza

Zaxarova, həmçinin qeyd edib ki, 2020-ci ilin payızında silahlı qarşıdurma başa çatdıqdan sonra Rusiyanın birbaşa yardımı ilə ümumilikdə 147 məhbus geri qaytarılıb: 128-i Ermənistan tərəfinə, 19-u Azərbaycan tərəfinə.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!