Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - “O ərazidə Rusiya sərhədçiləri...”

saytların hazırlanması

Evə çatdırılma

Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - “O ərazidə Rusiya sərhədçiləri...”

Siyasət

12 Sentyabr 2025 21:58 4546


Azərbaycan və Ermənistanın özlərinin də qeyd etdiyi kimi, görüləsi işlər çoxdur.

Yenisabah.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına istinadla deyib.

“Xüsusən də qalan fikir ayrılıqlarını aradan qaldırmaq, sülh müqaviləsi imzalamaq, sərhədin delimitasiya və demarkasiyasını ədalətli əsaslarla başa çatdırmaq, nəqliyyat kommunikasiyalarını açmaq və bunu hər iki ölkənin, eləcə də siyasi-iqtisadi baxımdan regionun ən böyük qonşularının maraqlarına uyğun şəkildə etmək lazımdır. Bunlara Türkiyə, Rusiya və İran daxildir”, - Zaxarova qeyd edib. Sezar pizza

“Tramp yolu” və ya Zəngəzur dəhlizi barədə danışan Rusiya rəsmisi bildirib ki, Moskva kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsini səbirsizliklə gözləyir.

Onun sözlərinə görə, bu marşrutun praktikada necə işləyəcəyi ilə bağlı yekun fikir yoxdur və Moskva detallarla tanış olduqdan sonra öz mövqeyini açıqlayacaq:

“Bir sıra əlavə amilləri də nəzərə almaq lazımdır: Ermənistan Avrasiya İqtisadi Birliyinin vahid gömrük məkanının bir hissəsidir, Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkəti Ermənistanın dəmir yolu şəbəkələrini idarə edir və Rusiya sərhədçiləri göstərilən marşrutun keçməsi planlaşdırılan ərazidə sərhədi qoruyur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!