Zaxarovanın rəsmi Bakıdan istəyi: “Normallaşmanın şərti budur...”

saytların hazırlanması

Evə çatdırılma

Zaxarovanın rəsmi Bakıdan istəyi: “Normallaşmanın şərti budur...”

Dünya

24 İyul 2025 18:11 3282


Moskva Bakı ilə münasibətlərin tezliklə normallaşacağını gözləyir və Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarını azad edilməsi bu prosesi asanlaşdırardı.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Yumşaq desək, Azərbaycanla ikitərəfli münasibətlər hazırda çətin mərhələdədir. Rusiya bunun uzanmamasını təmin etmək əzmindədir. Qısa zamanda normallaşmanı gözləyirik. Bu yolda mühüm addım Azərbaycan hakimiyyətinin Rusiya vətəndaşlarının azadlığa buraxması olardı", - diplomat qeyd edib. Dördpendirli pizza

O xatırladıb ki, Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə Rusiya vətəndaşlarının, o cümlədən jurnalistlərin və turistlərin dərhal azad edilməsi tələbi ilə nota təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!