“Zədəli oyunçularımız var,  çətin vəziyyətdəyik“ -  “Qarabağ“ın rəqibindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Zədəli oyunçularımız var, çətin vəziyyətdəyik“ - “Qarabağ“ın rəqibindən AÇIQLAMA

İdman

03 Noyabr 2020 13:12 1348


"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Türkiyə Superliqasının 7-ci turunda "Hatayaspor"la heç-heçə etdikləri oyundan (1:1) sonra fikirlərini bildirib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb: "Hatayspor"la oyuna yaxşı başladıq. İstədiyimiz qolu da vurduq, amma qısa müddətdə də qol buraxdıq. Bu, bizi məyus etdi.

Zədəli, hazır olmayan oyunçularımız var. Buna görə çətin vəziyyətdəyik. Qarşıda bizi “Qarabağ” və ardından “Qalatasaray”la matç gözləyir. Yeganə düşüncəmiz hər iki qarşılaşmanı istədiyimiz şəkildə bitirməkdir. 15 günlük fasilə zamanı isə zədəlilərimizin də sağalması ilə həm Super Liqada, həm də Avropa Liqasında daha uğurlu nəticələr göstərəcəyik”. Sezar pizza

Qeyd edək ki, noyabrın 5-də Sivasda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!