Zəfər Gününün beşinci ildönümü münasibətilə noyabrın 8-də Bakı şəhərində hərbi parad olacaq.
Bu barədə "Yeni Sabah"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, parad Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən keçiriləcək. Dördpendirli pizza
Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər başlayıb.
Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
Telegram kanalımız