Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul

saytların hazırlanması

Evə çatdırılma

Zəfər Günü münasibətilə Ankarada rəsmi qəbul

Maraqlı

07 Noyabr 2022 22:17 1221


Azərbaycanın Türkiyədəki səfirliyi və bu diplomatik nümayəndəliyimizin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatı 8 Noyabr – Zəfər Günü münasibətilə Ankara şəhərində rəsmi qəbul təşkil edib.

Yenisabah.az xəbər verir ki, Quru Qoşunları Məktəbində keçirilən mərasimdə şəhid ailələri və qazilər, rəsmi şəxslər, millət vəkilləri, Türkiyə Silahlı Qüvvələrinin vəzifəli şəxsləri, qardaş ölkə ictimaiyyətinin görkəmli nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Marqarita pizza

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən Savaşında qazandığı parlaq Qələbənin real nəticələrindən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən, dövlətlərimizin regionda sülh, sabitlik və inkişaf mühiti yaratmaq istiqamətində göstərdikləri səylərdən danışıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!