Zəhərləndiyi deyilən qız meningitdən ölübmüş

saytların hazırlanması

Evə çatdırılma

Zəhərləndiyi deyilən qız meningitdən ölübmüş

Hadisə

11 Yanvar 2025 15:13 399


Masallıda zəhərlənərək dünyasını dəyişən deyilən qızın ölüm səbəbi meningit olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.

"Yanvarın 4-də saat 00:20-də 1995-ci il təvəllüdlü 1 nəfər (qadın cinsli) dəqiqləşdirilməmiş meningit diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. pizza hut

Vəziyyəti ağır qiymətləndirilən şəxsə bütün zəruri tibbi müdaxilələrin göstərilməsinə baxmayaraq, yanvarın 10-u saat 09:40-da ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!