Zəhranın oğurlanması ilə bağlı cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Zəhranın oğurlanması ilə bağlı cinayət işi açıldı

Kriminal

07 İyun 2019 17:58 1040


Bakının Sabunçu rayonunda 3 yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. Dördpendirli pizza

E.Sultanov əlavə edib ki, artıq rayon məhkəməsinin qərarı ilə T.Nəzərova barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Sabunçu rayon Sabunçu qəsəbə sakini, 2015-ci il təvəllüdlü Bağırzadə Zəhra Rəsul qızı iyunun 4-də günorta saatlarında yaşadığı evdən itkin düşmüşdü. Azyaşlı iyunun 6-da tapılaraq ailəsinə təhvil verilib. Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!