Hazırda dünyanın 60-dan çox ölkəsində nəşr edilən məşhur “Muscle and Fitness” jurnalının Azərbaycan buraxılışı işıq üzü görüb.
Yenisabah.az xəbər verir ki, bu barədə jurnalın redaktoru Namiq Cəfərli məlumat verib. Onun sözlərinə görə, əsası Amerika Birləşmiş Ştatlarında tanınmış fitness məşqçi və Beynəlxalq Bodibildinq Federasiyasının qurucusu, mərhum Co Veyder tərəfindən qoyulmuş bir jurnalın Azərbaycan versiyasının redaktoru vəzifəsinə təyin edilməsi onun üçün gözlənilməz olub:
“Görünür, uzun illər bodibildinqlə məşğul olmağım diqqətdən kənarda qalmayıb. Düşünürəm ki, oxucular üçün maraqlı jurnal hazırlamışıq. Jurnal yalnız bodibildinq və fitness sahəsinə aid deyil. Jurnalda sağlamlıq, mədəniyyət, düzgün qidalanmağın yolları, reklam, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə önəmli məsləhətlər və xüsusilə də insanlara yaşadıqları çətin həyatlarından zövq alacaq dərəcədə motivasiya verəcək mövzulardan bəhs edilir. “Muscle and Fitness” jurnalının əsasını qoymuş, mərhum Co Veyderin sözləri ilə desək, “Bodibildinq və Fitness yalnız idman zallarında deyil əslində insan şüurunda inqilab edir. İnsanın zəif əzələləri, onun zəif zəka və xarakterindən xəbər verir. Güclü bir bədənə malik olmaq isə şıltaqlıq əlaməti deyil, sadəcə yaşadığımız qlobal stress dövründə tab gətirməyin yeganə yoludur”” – deyə N.Cəfərli qeyd edib. pizza
Telegram kanalımız