Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXVIII növbəti konfransı keçirilir.
“Yeni Sabah” xəbər verir ki, toplantıda çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan millisinin Avro-2020-nin seçmə mərhələsində üzləşdiyi uğursuzluqdan da danışıb. O, eyni zamanda klublarımızın keçən ildə avrokuboklarda çıxışından da bəhs edib:
"Millimizin Avro-2020-nin seçmə mərhələsində yaxşı çıxış etməməsi tənqid hədəfi oldu. Ən zəiflər qrupundan çıxa bilmədik. Bu, Avro-2020-yə yüksəlmək üçün yaxşı şans idi. Seçmə mərhələdə qrupda 1 xalla sonuncu olduq. Azarkeşlər üzüldü. Pepperoni pizza
Klublarımız isə avrokuboklarda yaxşı çıxış etdilər. Xüsusən, “Qarabağ”ın çıxışını qeyd etmək istərdik. "Qarabağ" ardıcıl 6 dəfə qrupa düşdü. Digər klubların da çıxışını yaxşı adlandırmaq olar”.
Telegram kanalımız