Zelenski ABŞ ilə sazişdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski ABŞ ilə sazişdən danışdı

Dünya

02 May 2025 00:59 331


ABŞ-la mineral ehtiyatlar sahəsində əməkdaşlıq haqqında saziş bərabərhüquqludur və tezliklə ratifikasiya üçün Ali Radaya göndəriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam videomüraciətində bildirib.

“Saziş mövcuddur, imzalanıb, ratifikasiya olunmaq üçün Ukrayna Ali Radasına göndəriləcək və biz sazişlə bağlı heç bir gecikmənin olmamasında maraqlıyıq”, - dövlət başçısı vurğulayıb. Dördpendirli pizza

Zelenski sənədin hazırlıq prosesində əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edib.

Onun sözlərinə görə, bu, indi həqiqətən bərabərhüquqlu sazişdir və Ukraynaya əhəmiyyətli investisiyalar yatırmaq və istehsalın əhəmiyyətli dərəcədə modernləşdirilməsi üçün imkan yaradır./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!