“Zelenski ABŞ-yə hörmətsizlik etdi, o, sülhə hazır deyil” - Tramp

saytların hazırlanması

Evə çatdırılma

“Zelenski ABŞ-yə hörmətsizlik etdi, o, sülhə hazır deyil” - Tramp

Siyasət

28 Fevral 2025 22:58 454


ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı yaranan mübahisəyə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkədə yazıb.

“Bu gün Ağ Evdə çox vacib görüşümüz oldu. Belə vəziyyətlərdə emosiyaların özünü necə büruzə verməsi təəcüblüdür və mən belə qənaətə gəldim ki, prezident Zelenski ABŞ-ın iştirak etdiyi təqdirdə sülhə hazır deyil, çünki o hesab edir ki, bizim iştirakımız danışıqlarda ona əhəmiyyətli üstünlük verir. Mən üstünlüklər istəmirəm, sülh istəyirəm. O, müqəddəs Oval Ofisdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olduqda geri qayıda bilər”, - Tramp bildirib./APA pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!