Zelenski Ağ Evdə Vensi söyüb - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Ağ Evdə Vensi söyüb - VİDEO

Dünya

01 Mart 2025 07:05 3886


Ukrayna lideri Vladimir Zelenski bu gün Ağ Evdə keçirilən görüşdə ABŞ vitse-prezidenti Ceyms Devid Vensin sözlərinə bərk əsəbiləşib.

“Yeni Sabah” Axar.az-a istinadən xəbər verir ki, Vens atmacalı sözlərinə davam edərkən Zelenski ana dilində astadan ağır söyüş işlədib.

Qeyd edək ki, Ağ Evdə bu gün baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə belə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!