Zelenski Bazar ertəsi Amerikaya gedir

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Bazar ertəsi Amerikaya gedir

Dünya

16 Avqust 2025 12:13 300


Volodimir Zelenski avqustun 18-də ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra teleqram kanalında yazıb:

"Bazar ertəsi Vaşinqtonda prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram", - deyən Zelenski əlavə edib ki, söhbət saat yarım davam edib və mənalı olub. Sezar pizza

Onun sözlərinə görə, Tramp Rusiya prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb:

"Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır".

Zelenski qeyd edib ki, Amerika ilə birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın bütün mərhələlərdə iştirakının vacibliyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!