Zelenski Britaniyaya səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Britaniyaya səfər etdi

Siyasət

01 Mart 2025 17:20 329


Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün ABŞ Prezidenti Donald Trampla qalmaqallı görüşündən sonra ABŞ-ni tərk edərək martın 1-də Böyük Britaniyaya səfər edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "BBC", "Sky News" və "The Guardian" nəşrləri məlumat verib.

"Sky News" həmçinin içində Zelenskinin olduğu güman edilən Ukrayna nümayəndə heyətinin təyyarəsinin hava limanından videosunu paylaşıb. pizza mizza

Martın 2-də Ukrayna Prezidenti Londonda Böyük Britaniya hökumətinin başçısı Kir Starmerin təşkilatçılığı ilə baş tutan Ukrayna və Avropanın təhlükəsizliyinə dair böyük sammitdə iştirak edəcək.

Starmer bir gün əvvəl Ağ Evdəki qalmaqaldan sonra Ukrayna prezidenti ilə telefonla danışıb və onu Londonda keçiriləcək sammitdə gözlədiyini təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!