Zelenski: Bu artıq kompromisdir

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: Bu artıq kompromisdir

Dünya

15 Dekabr 2025 12:03 280


ABŞ Prezidentin xüsusi elçisi Stiven Uitkoffun Ukrayna nümayəndə heyəti ilə danışıqlarının bəzi təfərrüatları məlum olub.

"Yeni Sabah" reuters-ə istinadla xəbər verir ki, Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlük arzularından imtina etməsi qarşılığında Qərbdən təhlükəsizlik təminatları tələb edib.

“ABŞ ilə ikitərəfli təhlükəsizlik təminatları, NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlər, həmçinin Avropa ölkələri və digər dövlətlər – Kanada, Yaponiya tərəfindən təqdim edilən təhlükəsizlik zəmanətləri Rusiyanın yenidən işğalını önləmək imkanı yaradır. Bu artıq tərəfimizdən kompromisdir”, - Zelenski danışıqlarda bildirib. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!