Zelenski cəbhə xəttinə səfər etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski cəbhə xəttinə səfər etdi

Dünya

27 Aprel 2021 23:46 815


Ukrayna Prezidenti Vladimir Zelenski Xerson vilayətinə, Krımla Ukrayna arasındakı cəbhə xəttinə səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyası məlumat yayıb.

Dövlət başçısının səfər zamanı hərbi birliklərdə yoxlamalar keçirdiyi bildirilib. pizza

Sıravi əsgərlərlə görüşən Zelenski birliklərdəki vəziyyətlə bağlı məlumat alıb.

Prezident Rusiyanın öz hərbi birləşmələrini çəkməyə başlamasına baxmayaraq, onların yenidən qayıda biləcəyini vurğulayıb və Ukrayna ordusunun buna hazır olmasının vacibliyini önə çəkib.

Həmçinin, dövlət başçısı Avropa ölkələri və ABŞ-ın birgə cəhdlərinin bölgədə gərginliyin azalması üçün şərait yaratdığını əlavə edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!