Zelenski iflas astanasında: “Sağ qalmaq şansımız az olacaq, çox az!”

saytların hazırlanması

Evə çatdırılma

Zelenski iflas astanasında: “Sağ qalmaq şansımız az olacaq, çox az!”

Dünya

15 Fevral 2025 11:48 419


Ukraynanın həm indi Rusiyanın işğalını dəf etməyə çalışdığı bir vaxtda, həm də cari müharibə bitdikdən sonra ABŞ-ın hərbi dəstəyi olmadan sağ qalması çox, çox, çox çətin olacaq.

Yenisabah.az NBC News-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Yəqin ki, çox, çox, çox çətin olacaq. Təbii ki, bütün çətin situasiyalarda şans var, - deyə Zelenski Münhen Təhlükəsizlik Konfransı çərçivəsində telekanala müsahibəsində bildirib. - Amma ABŞ-ın dəstəyi olmadan sağ qalmaq şansımız az olacaq, çox az. Düşünürəm ki, bu, çox vacib, kritik əhəmiyyət kəsb edir”. pizza sifarişi

"Amerikanın dəstəyi olmadan Rusiyaya qarşı döyüşmək barədə düşünmək istəmirəm, - deyə Zelenski əlavə edib. - Mən strateji tərəfdaş olmayacağımız barədə düşünmək belə istəmirəm”.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “müharibəni bitirmək üçün deyil, Rusiyaya qarşı bəzi beynəlxalq sanksiyaları aradan qaldıracaq və Rusiya hərbçilərinin yenidən birləşməsinə imkan verəcək atəşkəs razılaşması əldə etmək üçün” danışıqlar masası arxasına oturmaq istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!