Zelenski Marinaya təşəkkür etdi 

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Marinaya təşəkkür etdi 

Maraqlı

15 Mart 2022 10:30 543


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz etməkdən çəkinməyən ruslara təşəkkür edib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

Zelenski çıxışında Rusiyanın “Birinci kanal”ının canlı efirində “Müharibəyə yox!” deyən Marina Ovsyannikovaya da təşəkkürünü çatdırıb: Toyuqlu pizza

“Həqiqəti çatdırmaqdan əl çəkməyən, dezinformasiya ilə mübarizə aparan ruslara minnətdaram. Xüsusən də Rusiyanın “Birinci kanal”ının studiyasına daxil olan, müharibə əleyhinə plakat açan qıza. Mübarizə aparmalısınız, şansınızı əldən verməməlisiniz”.

Qeyd edək ki, ötən gün Rusiyanın “Birinci kanal”ının canlı efirində Ukraynadakı müharibəyə etiraz edilib. Belə ki, telekanalın əməkdaşı Marina Ovsyannikova xəbərlər proqramı gedən anda əlində plakat tutaraq studiyaya daxil olub. O, üstündə “Müharibəyə yox! Müharibəni dayandırın. Təbliğatlara inanmayın. Burada sizə yalan danışırlar!” yazılan plakatla efirdə bir neçə saniyə görünüb.

Hadisədən sonra kanalın redaktoru olduğu bildirilən Marina saxlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!