Zelenski: “Müstəqilliyimizi qoruduq, Putin hədəflərinə çatmadı”

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: “Müstəqilliyimizi qoruduq, Putin hədəflərinə çatmadı”

Dünya

24 Fevral 2026 14:43 301


Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə bağlı danışıb.

"Yeni Sabah" xəbər verir ki, Ukrayna Prezidenti videomüraciətdə müharibə başlayan anı xatırladyıb.

O, Kiyevdə, Prezident Administrasiyası binasında yerləşən sığınacaqda olub və məhz oradan dünya liderləri ilə əlaqə saxlayıb. Pepperoni pizza

Zelenski həmin gün ABŞ-nin o zamankı prezidenti Co Bayden ilə də danışdığını xatırladıb. Onun sözlərinə görə, Bayden ona Ukraynanı tərk etməyi təklif edib, lakin Zelenski bu təklifə “Mənə taksi yox, silah lazımdır” cavabını verib.

Prezident bildirib ki, müharibənin ilk saatlarında Ukrayna xalqı həm qorxu, həm də qeyri-müəyyənlik yaşasa da, hər kəs ölkəni müdafiə etməyin vacibliyini anlayırdı.

Zelenski vurğulayıb ki, Ukrayna xalqı bu müharibədə müqavimət göstərərək dövlətini qoruyub və Rusiyanın planlarının həyata keçməsinə imkan verməyib:

“Deməyə haqqımız var: Müstəqilliyimizi qoruduq, dövlətimizi itirmədik, Putin hədəflərinə çatmadı”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!