Zelenski Putinlə görüşə hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Putinlə görüşə hazırlaşır

Dünya

25 İyul 2025 11:44 344


İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında maraqlı müzakirələr baş tutub. Söhbət Rusiya prezidenti Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüşdən gedir. Ukrayna prezidenti bu barədə yerli mətbuata danışıb.

Yenisabah.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna tərəfi daim liderlərin birbaşa görüşünü gündəmə gətirir və hazırda qarşı tərəf bu məsələyə açıq şəkildə yanaşmağa başlayıb. Zelenski bildirib: “Artıq bu istiqamətdə müəyyən formatda irəliləyiş var. Bu, real görüşə doğru atılan bir addımdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!