Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Rusiya şirkətlərinə qarşı sanksiyaları təsdiqlədi

Dünya

04 Aprel 2021 19:49 908


Ukrayna Prezidenti Vladimir Zelenski Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rusiyanın bir sıra qurumlarına və şirkətlərinə qarşı sanksiya tətbiq edilməsi qərarını təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, qərara əsasən, “Rossotrudnichestvo”ya (MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentlik), “Volqa-Dnepr” şirkətinə və digər 10-dək müəssisəyə məhdudiyyətlər tətbiq olunacaq. Onlar qaçaqmalçılıqda ittiham olunurlar.

“Rossotrsudnichestvo”nun rəhbəri Yevgeni Primakov hələlik sanksiya ilə bağlı Ukrayna hökumətindən rəsmi bildiriş almadıqlarını bildirib./Qafqazinfo Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!