Zelenski sülh müqabilində Donbas ərazisini Rusiyaya verməkdən imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski sülh müqabilində Donbas ərazisini Rusiyaya verməkdən imtina etdi

Siyasət

16 Avqust 2025 21:38 288


Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün ərazisini Rusiyaya verməkdən imtina edib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günü Vladimir Putinlə görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bəyan edib ki, Kiyev Moskva ilə müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməlidir. pizza hut

Tramp bildirib ki, Rusiya lideri cəbhə xəttinin böyük hissəsini dondurmağı təklif edib, əvəzində isə Ukrayna qüvvələri Donetsk vilayətini verməlidir.

“Zelenski isə bu tələbi rədd edib”, – agentlik mənbəyə istinadla yazır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!