Zelenski Trampı Ukraynaya dəvət edib

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Trampı Ukraynaya dəvət edib

Dünya

14 Aprel 2025 08:13 261


Ukrayna Prezidenti Volodimir Zelenski Amerika lideri Donald Trampı ölkəyə səfərə dəvət edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Lütfən, hər hansı bir qərar qəbul etməzdən, hər hansı danışıqlar aparmazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın”, - deyə Zelenski bildirib. Marqarita pizza

Zelenski əlavə edib ki, Tramp səfərindən sonra Ukraynada nə baş verdiyini başa düşəcək.

Aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna liderlərinin münaqişənin həlli üçün saziş bağlamağa hazır olduqlarını bildirib. Amerika Prezidenti əmin olduğunu bildirib ki, o, Avropa liderlərindən fərqli olaraq bu məsələdə irəliləyişə nail ola biləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!