Zelenski Trampı Ukraynaya dəvət etdi: “Gəlsin, baxsın”

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Trampı Ukraynaya dəvət etdi: “Gəlsin, baxsın”

Dünya

14 Aprel 2025 10:37 222


Ukraynadakı müharibə Üçüncü Dünya müharibəsinə çevrilə bilər.

Yenisabah.az CBS News-a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski telekanala müsahibəsində deyib.

"Əgər qətiyyət nümayiş etdirməsək, Putin irəliyə gedəcək. Bu, möhtəkirlik deyil, real təhlükədir. Onun əsas məqsədi Rusiya İmperiyasını dirçəltmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, məncə, vəziyyət dünya müharibəsinə çevrilə bilər". Sezar pizza

Ukrayna prezidenti vurğulayıb ki, dünyada heç kim üçün təhlükəsiz yer olmayacaq.

Zelenski Rusiyanın hücumunun nəticələrini öz gözləri ilə görə bilməsi üçün Donald Trampın Ukraynaya səfərini görməkdən şad olacağını bildirib:

"Mövqeyinizə hörmətlə yanaşırıq. Amma lütfən, hər hansı qərar, danışıqlar planından əvvəl gəlin və məhv edilmiş və ya ölən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın".

O əlavə edib ki, ABŞ bu müharibədə bitərəf qalmamalı və Tramp güclü dövlətin lideri kimi Ukraynanı dəstəkləməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!