Zelenski Trampla telefon söhbətinin detallarını açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Trampla telefon söhbətinin detallarını açıqladı

Dünya

11 Oktyabr 2025 18:26 434


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon söhbətinin detallarını açıqlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenski öz "Telegram" kanalında paylaşım edib.

"ABŞ Prezidenti Donald Trampla söhbət etdim. Yaxşı söhbət oldu, çox produktiv oldu. Mən Prezident Trampı uğuru və Yaxın Şərq sazişi münasibətilə təbrik etdim, hansı ki, bunu həqiqətən də təmin edib və bu, güclü nəticədir. Əgər o bölgədə müharibəni dayandırmağa nail olunarsa, o zaman başqa müharibələr də dayandırıla bilər, həmçinin də Rusiya müharibəsi. Dördpendirli pizza

Prezident Trampı Rusiyanın bizim energetikamıza hücumları barədə məlumatlandırdım. Bizi dəstəkləməyə hazır olduğu üçün minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən gücləndirəcək yaxşı variantlar, güclü ideyalar var.

Rusiyalıların əsl diplomatiyada iştirak etmək istəyi lazımdır. Güc sayəsində bunu təmin etmək olar. Sağ olun, cənab Prezident!", - deyə Volodimir Zelenski qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!