Zelenski Ukrayna ordusunun itkilərini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Ukrayna ordusunun itkilərini açıqladı

Dünya

05 Fevral 2025 12:47 238


Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatları zamanı 45,1 min nəfər itki verib.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.

"İtkilərimizə gəlincə, dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45,1 min nəfər həlak olub və təxminən 390 min yaralanma halı var. Dəqiqləşdirim, yaralanma hallarının sayı yaralananların sayından çoxdur, çünki yaralanan və sonra döyüş meydanına qayıdıb yenidən yaralanan insanlar var". Sezar pizza

Xatırladaq ki, 2024-cü ilin dekabrında Zelenski cəbhədə 43 min hərbçinin həlak olduğunu, 370 min yaralanma halının qeydə alındığını bildirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!