Zelenskinin birinci xanımı öpməsi arvadının xoşuna gəlmədi 

saytların hazırlanması

Evə çatdırılma

Zelenskinin birinci xanımı öpməsi arvadının xoşuna gəlmədi 

Maraqlı

13 İyul 2023 13:37 1493


Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya NATO-nun Vilnüsdə keçirilən sammitində iştirak ediblər. 

Yenisabah.az "Unian"a istinadən xəbər verir ki, qarşılama mərasimi zamanı maraqlı anlar yaşanıb. 

Zelenski və həyat yoldaşı Litvanın birinci xanımı Diana Nepaite-Nausediene ilə görüşüblər. Zelenski Litva Prezidentinin həyat yoldaşını qucaqlayıb və onun hər iki yanağından üç dəfə öpüb.  Pepperoni pizza

Yelena Zelenskayanın reaksiyası hər kəsi təəccübləndirib. Ukraynanın birinci xanımı əvvəlcə Zelenskiyə təəccüblə baxıb, sonra onun kürəyini sığallayıb. Daha sonra Zelenski onun əlindən tutmaq istəyəndə birinci xanım imtina edib.

Görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!