Zelenskinin fərmanları Ukraynanı milyardyarımlıq maliyyədən məhrum edir

saytların hazırlanması

Evə çatdırılma

Zelenskinin fərmanları Ukraynanı milyardyarımlıq maliyyədən məhrum edir

Dünya

27 İyul 2025 21:22 416


Ukrayna prezidenti Vladimir Zelenskinin antikorrupsiya qurumları ilə bağlı siyasətinə görə Ukrayna 1,5 milyard avro maliyyə yardımını itirə bilər.

Yenisabah.az “The New York Times”a istinadla xəbər verir ki, Aİ Ukraynanın bəzi islahat tələblərini yerinə yetirməməsi ucbatından 4,5 milyard avroluq ümumi fonddan 1,5 milyard avronu kəsmək istəyir.

İyulun 22-də Ukrayna Ali Radası ölkənin əsas antikorrupsiya qurumları olan Ukrayna Milli Antikorrupsiya Bürosunu (NABU) və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluğu (SAPO) muxtariyyətdən məhrum edən qanun qəbul edib. Ukrayna prezidenti bu qanunu təsdiq edəndən dərhal sonra imzalayıb. Yeni qaydalara əsasən, NABU və SAP üzərində nəzarət prezidentin təyin etdiyi baş prokurora verilib. pizza mizza

Xarici müttəfiqlərin bir sıra etirazları və tənqidlərindən sonra Zelenski NABU və SAP-ın fəaliyyəti ilə bağlı “korrupsiyaya qarşı mübarizə orqanlarının müstəqilliyinə tam təminat” verməyi nəzərdə tutan yeni qanun layihəsi təqdim edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!