Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak istefa verdi

Dünya

28 Noyabr 2025 19:51 669


Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak istefa verib.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski videomüraciətində bildirib.

Zelenskinin sözlərinə görə, Yermak istefa ərizəsi yazıb. O, Andrey Yermaka təşəkkür edib. Pepperoni pizza

“Yeni Ofis rəhbərinə gəlincə, sabah bu quruma rəhbərlik edə biləcəklərlə məsləhətləşəcəyəm”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın hökumət məhəlləsindəki mənzilində axtarış aparılıb.

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun (SAP) onun mənzilində axtarış apardığını təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!