Zelenskiyə bir neçə günlük möhlət verildi

saytların hazırlanması

Evə çatdırılma

Zelenskiyə bir neçə günlük möhlət verildi

Dünya

10 Dekabr 2025 11:04 625


Vaşinqton Ukrayna prezidentindən Tramp administrasiyasının sülh planına tez cavab verməsini tələb edir.

"Yeni Sabah" Financial Times-a istinadla xəbər verir ki, bunu danışıqlar barədə məlumatlandırılan rəsmilər bildirib.

Onların sözlərinə görə, Trampın nümayəndələri Volodimir Zelenskiyə bir neçə gün vaxt veriblər. pizza

Zelenski avropalı həmkarları ilə 2 saatlıq telefon danışığı zamanı Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin ona tez qərar verməsi üçün təzyiq etdiyini bildirib.

Tramp “Milada qədər” razılığa gəlməyə ümid edir.

Rəsmilərin sözlərinə görə, Zelenski ABŞ nümayəndələrinə Vaşinqtonun təklifinə cavab verməzdən əvvəl avropalı müttəfiqləri ilə məsləhətləşmək üçün vaxta ehtiyacı olduğunu deyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!