ABŞ dövlət katibi Marko Rubio Ukraynada müharibəyə son qoyma məqsədi ilə danışıqlar aparmaq üçün Londona səfərini ləğv edib.
Yenisabah.az “New York Times”a istinadla xəbər verir ki, bu, Ukrayna prezidenti Vladimir ZelenskininKrımı Rusiya kimi tanımayacağını bəyan etməsindən sonra baş verib.
Dövlət Departamentinin sözçüsü Tammi Bryus Rubionun qərarını işinin çoxluğu ilə əlaqələndirib: "Bu, onun iş qrafiki ilə bağlı texniki məsələlərə aiddir". Marqarita pizza
Görüşün bu gün, aprelin 23-də baş tutması planlaşdırılırdı.
Rubiodan başqa, ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparan xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak etməyəcək. Amerika nümayəndə heyətinə Trampın digər xüsusi nümayəndəsi Keyt Kelloq başçılıq edəcəkdi.
Telegram kanalımız