Zəlimxan Yaqubun oğluna yüksək vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

Zəlimxan Yaqubun oğluna yüksək vəzifə verildi

Sosial

20 Dekabr 2019 07:37 1583


Mərhum Xalq şairi, keçmiş millət vəkili Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov yeni vəzifəyə təyin edilib.

"Yeni Sabah" Publika.az-a istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə B.Yaqubov Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Bəhlul Yaqubov bu vəzifəyə təyin edilənədək Bakı Şəhər Prokurorluğunda çalışıb. O, daha əvvəl Abşeron rayon prokurorun köməkçisi və MSK-da məsləhətçi vəzifələrində də işləyib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!