Zəlzələ bölgəsində 9 azərbaycanlı itkin düşüb

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ bölgəsində 9 azərbaycanlı itkin düşüb

Maraqlı

16 Fevral 2023 10:30 630


"Dünənə olan məlumata görə, Türkiyədə zəlzələ bölgəsində yaşayan və xəbər ala bilmədiyimiz azərbaycanlıların sayı 9 nəfərdir". 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

“Rəqəmlər hər an dəyişir, ona görə dəqiq rəqəm demək çətindir. Amma son məlumata görə, onların sayı 9-dur”, - deyə XİN rəsmisi söyləyib. pizza hut

Qeyd edək ki, Türkiyədə aparılan axtarış-xilasetmə tədbirləri çərçivəsində indiyə qədər zəlzələ nəticəsində həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10 nəfərə çatıb. Eyni zamanda 500-dən çox Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən ölkəmizə təxliyə olunub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!