Əfqanıstanda baş verən güclü zəlzələ Pakistanda dağıntılara və itkilərə səbəb olub.
Yenisabah.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
Zəlzələ 194 km dərinlikdə baş verib və episentri Əfqanıstanın ucqar şimalındakı Bədəxşan əyalətinin yaxınlığında, Hindukuş dağ silsiləsində yerləşib.
Pakistanın şimalındakı Svat rayonunda zəlzələnin təsiri ilə divar uçub, 13 yaşlı qız həlak olub, 34 nəfər isə yaralanıb. Əfqanıstanda dağıntıların olub-olmaması barədə məlumat verilməyib, hazırda yoxlamalar aparılır.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,5 bal gücündə olun, Pakistan, Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan və Türkmənistanda təxminən 285 milyon insan tərəfindən hiss edilib.
Telegram kanalımız