Zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb

Dünya

16 Yanvar 2021 11:10 672


İndoneziyada ötən gün baş verən 6.2 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Açıqlamaya görə, hadisənin baş verdiyi Majene şəhərində ən azı 637 nəfər yaralanıb, 15 min sakin isə yaşadığı yerdən köçürülüb. Ən az 300 evin ciddi ziyan gördüyü vurğulanır. Sezar pizza

Son məlumata görə, sakinlər özləri üçün təhlükəsiz yer axtarışına çıxıblar. Həmçinin ərazidəki hotel və hökumət binaları da zərər görüb.

Xilasedicilər hazırda çökmüş binalar arasında sağ qalan vətəndaşlarını axtarırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!