Zəlzələ “proqnozu” verən ekstrassenslər: “Onları prokurorluğa çağırıb...”

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ “proqnozu” verən ekstrassenslər: “Onları prokurorluğa çağırıb...”

Maraqlı

10 Fevral 2023 12:06 1592


Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycan cəmiyyətində də qorxu və çaşqınlıq yaradıb. Bəzi məsuliyyətsiz sosial şəbəkə iştirakçıları tez-tez "Bakıda dəhşətli zəlzələ olacaq" məzmunlu fikirlər səsləndirir, insanlarda qorxu və panika yaradırlar. 

Xüsusən bəzi ekstrassenslər Azərbaycanı da dəhşətli bəla gözlədiyini iddia edirlər. 

Bəs qanunvericilikdə bu adamlar üçün hansı cəza nəzərdə tutulub? İnsanlarda bu cür təşviş yaradanlar necə cəzalanırlar?  Dominos pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Əsabəli Mustafayev bu şəxslərin hüuqi məsuliyyət daşıdığını bildirib: 

“Əvvəla, bu tip xəbərləri sosial şəbəkələrdə yazanlar, onları tirajlayanlar özlərini müəyyən çərçivəyə salmalıdırlar. Onlar mövcud vəziyyətdə müəyyən həddi gözləməlidirlər. Elmi cəhətdən əsaslanmamış, elm işçilərinin fikirlərinə istinadən deyilməmiş fikirlərin, məlumatların yayımlanması, insanlar arasında xof, qorxu, təşviş yaradılması, insanlara psixoloji gərginlik keçirdilməsi əlbəttə ki, məsuliyyət yarada bilər”. 

Ə.Mustafayevin sözlərinə görə həmin şəxslər əvvəlcə prokurorluğa çağrılaraq xəbərdarlıq alırlar: 

“Praktikada daha çox bu məlumatları yayanlar prokurorluq orqanlarına dəvət olunurlar. Onlara bu cür yoxlanılmamış məlumatların yolverilməzliyi barədə xəbərdarlıq olunur. Xəbərdarlığa baxmayaraq, həmin şəxslər yenə öz fəaliyyətlərinə davam edərsə, bu tip xəbərləri yayımlayarsa, artıq onlar məsuliyyətə cəlb olunurlar”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!