Ötən gün İzmirin Seferihisar bölgəsində meydana gələn zəlzələdə ölənlərin sayı 25 nəfərə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb. Açıqlamaya görə, hadisə nəticəsində 831 nəfər yaralanıb. Qurum tərəfindən 17 binadan 9-da axtarış-xilasetmə əməliyyatının başa çatdığı, 8 binada isə hələ də davam etdiyi bildirilib.
Qeyd edək ki, hadisədən sonra ümumilikdə 100 Türkiyə vətəndaşı xilas edilib. Toyuqlu pizza
Telegram kanalımız