Zəlzələdən zərərçəkənlərə paltosunu göndərən qadın danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələdən zərərçəkənlərə paltosunu göndərən qadın danışdı - Video

Sosial

25 Fevral 2023 23:15 965


Zəlzələnin ilk həftəsində sosial mediada yayılan görüntü milyonlarla insanı təsirləndirdi. Azərbaycanda bir ailə zəlzələdən zərərçəkənlər üçün topladıqları yardımı mərkəzə gətirib, sonra yardımı gətirən qadın paltosunu çıxarıb yardıma əlavə edib. Həmin qadın Şəlalə Osmanova idi.

Yenisabah.az xəbər verir ki, Şəlalə xanım bununla bağlı TRT-yə danışıb.

Qəbələ rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən Şəlalə Osmanova zəlzələ xəbərini hamı kimi əllərindən gəldiyi qədər kömək etmək istədiklərini deyib: pizza sifarişi

"Hər kəs kimi biz də kiçik də olsa, əlimizdən gələni etdik. Ürəyimdən gələn bir şeydi. Bir anlıq dedim ki, bu paltonu da verəcəm. Biz bir millət, iki dövlətik”.

Osmanova imkanı çatdıqca köməklik etməyə davam edəcəyini də vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!