Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq - AKP-dən mesaj

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq - AKP-dən mesaj

Dünya

26 İyul 2025 20:57 672


Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq, işlər davam edir.

Yenisabah.az yeni haber-ə istinadla xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu partiyasının Ədirnə şəhərində keçirilən toplantısında deyib.

O bildirib ki, Türk Dövlətləri Təşkilatını (TDT) gələcəkdə regional sülh və əmin-amanlığı təmin edəcək mühüm regional ittifaqa çevirəcək Zəngəzur dəhlizinin açılması üçün müvafiq addımlar atılır: pizza sifarişi

"Dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa keçidi təmin edəcək. Cənab Prezidentimizin (Rəcəb Tayyib Ərdoğan -red.) bu mövzu ilə bağlı güclü iradəsi var və Azərbaycanla Türkiyə arasında bu mövzuda ciddi müzakirələr aparılır".

Siyasətçi Zəngəzur dəhlizinin təkcə Türkiyə və Azərbaycan yox, bütün region üçün əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "Çin sərhədindən çıxan konteyner bu marşrutla, Türkiyə vasitəsilə Avropaya çatacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!