Zəngəzura yeni qubernator təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzura yeni qubernator təyin olundu

Rəsmi

03 Mart 2022 13:10 655


Ermənistanın baş naziri Nikol Paşinyanın müşaviri Robert Qukasyan Zəngəzur (Sünik) vilayətinin qubernatoru təyin olunub.

Yenisabah.az xəbər verir ki, müvafiq qərar cümə axşamı hökumətin iclasında qəbul edilib.

Baş nazir Nikol Paşinyan Robert Qukasyanı təbrik edib. pizza sifarişi

R.Qukasyan 2017-2018-ci illərdə Çəmbərək icmasının rəhbərinin köməkçisi olub. 2019-cu il avqustun 22-də o, Ermənistanın baş nazirinin müşaviri vəzifəsinə təyin edilib.

Qukasyan Sünik qubernatoru vəzifəsində Melikset Poqosyanı əvəz edib.\Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!