Zəngəzurda ekoloji fəlakət: Qafanın mərkəzindən sarı-qəhvəyi sular axır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurda ekoloji fəlakət: Qafanın mərkəzindən sarı-qəhvəyi sular axır - Foto

Rəsmi

11 İyun 2022 19:05 2382


Ermənistanın Zəngəzur vilayətində ekoloji fəlakət baş verib, nəticədə Qafan şəhərini sarımtıl-narıncı sular basıb.

Yenisabah.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.

“Dünəndən küçələri su basıb, hazırda təmizlənir və hansı səbəbdən baş verməsi istiqamətində iş aparılır”. Qafan şəhərinin vitse-meri Marat Arutyunyan hadisə ilə bağlı belə deyib. pizza hut

O, bunu Qafanda istismar olunmayan Kavart mədəni ilə əlaqələndirib.

“Bu vaxtaşırı baş verir, qeyri-adi heç nə yoxdur, sonuncu dəfə bir neçə ay əvvəl olub”, – deyə Arutyunyan bildirib.

Mədən problemi bu bölgədə ekoloqlar tərəfindən 2014-cü ildən qaldırılır. Vaxtaşırı yağan yağış səbəbindən Qafan şəhərində tərk edilmiş yeraltı mədənin sarı suları küçələri basır.

Ekoloqlar deyirlər ki, mədəndən turşulu drenaj axır ki, bu da təhlükəlidir. Məlum olur ki, yağış suları mədənlərdəki ağır metalları yuyur, turşu qarışıqları isə Qafan küçələri ilə axıb ən yaxın çaya tökülür.Konkret.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!