Zəngəzurda kütləvi həbslər olacaq - Anna Akopyan əmr verdi

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurda kütləvi həbslər olacaq - Anna Akopyan əmr verdi

Rəsmi

21 Aprel 2021 20:18 950


Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyana zəng edərək, aqressiv şəkildə ondan Paşinyanın Sünik (Zəngəzur) səfərini məhv edən aktivistlərin həbsini tələb edib.

Yenisabah.az xəbər verir ki, bu məlumatı “Dejavü” teleqram kanalı yayıb.

O, Abazyanı MTX-nın səssiz şəkildə olanları izləməsinə görə tənqid edib. pizza sifarişi

Akopyan, həmçinin Abazyanı təhdid edərək, əmri icra etməyəcəyi təqdirdə işdən qovulacağını bildirib.

Ermənistanın I xanımı belə davam edəcəyi halda bölgələrdə seçkiqabağı kampaniyanın aparılmasının mümkünsüz olacağını və narazılığın hər yerə yayılacağını deyib.

Kanal Abazyanın artıq əmrin icrasına başladığını və gecə Zəngəzurda geniş həbslər olacağını yazıb.

Qeyd edək ki, Paşinyanın ötən gecə gözlənilmədən Sünikə (Zəngəzur) səfəri yerli əhalinin etirazları ilə müşayiət olunub./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!