Zəngəzurda müharibə başlasa, İran Ermənistanı dəstəkləyəcək - ABŞ jurnalında   ŞOK MƏQALƏ

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurda müharibə başlasa, İran Ermənistanı dəstəkləyəcək - ABŞ jurnalında ŞOK MƏQALƏ

Siyasət

14 Aprel 2025 21:12 1107


“İran və Ermənistanın birgə hərbi təlim keçirdiyi Norduz bu iki ölkənin Azərbaycanla sərhədinin kəsişməsində yerləşir. Bu, İranın ehtimal qarşıdurmada Ermənistanı dəstəkləyəcəyinin göstəricisidir”.

Yenisabah.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Long War Journal”ının (LVJ) məqaləsində qeyd olunur.

Nəşr yazır ki, hələ 2022-ci ildə Tehran Azərbaycan sərhədi yaxınlığında üç günlük genişmiqyaslı hərbi təlim keçirdi və SEPAH-ın quru qoşunlarının “Aşura” diviziyası əraziyə gəldi: pizza hut

“Daha sonra İranı Azərbaycanla ayıran Araz çayı üzərində müvəqqəti körpü tikildi. İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının əməliyyatlar üzrə komandirinin müavini Vəliola Mədəni təlimlərin sərhəd təhlükəsizliyini gücləndirmək və İrana qonşu ölkələrin ərazi bütövlüyünü qorumaq məqsədi daşıdığını söyləyib. Bu, ehtimal Azərbaycan-Ermənistan gərginliyində Tehranın İrəvanı dəstəklədiyinə işarədir.

İran Cənubi Qafqazda sərhəd dəyişikliyi ilə razılaşmır. 2024-cü ilin mayında İranın ali rəhbəri Ayətullah Əli Xamenei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Tehranın bu ölkə ilə bağlı sərhəd məsələlərinə xüsusi həssaslıq göstərdiyini vurğulayıb. Daha sonra onun mövqeyini parlamentin spikeri Məhəmməd Baqir Qalibaf da təsdiqləyib və erməni həmkarını İranın regional sərhədlərdə istənilən dəyişikliyə qəti şəkildə qarşı çıxacağına inandırıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!