Zəngəzurda nə baş verir? - Silahlı toqquşma

saytların hazırlanması

Evə çatdırılma

Zəngəzurda nə baş verir? - Silahlı toqquşma

Dünya

06 Fevral 2025 01:19 476


Zəngəzur mis-molibden kombinatının işçiləri arasında silahlı toqquşma baş verib, zərərçəkənlər var.

Oxu.Az-ın "Sputnik"ə istinadən verdiyi məlumata görə, hadisə tətil edən işçilər və tətillə qarşı çıxanlar arasında baş verib. Tətil edənlər odlu silah və bıçaqlarla işləməyə davam etmək istəyənlərə hücum ediblər.

Ermənistan Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, hadisə yerinə polis dəstələri göndərilib və toqquşmanın qarşısı alınıb. Hazırda 8 nəfər saxlanılıb. Toyuqlu pizza

Qeyd edək ki, kombinatın bir qrup işçisi artıq bir neçə gündür tətil edir. Onlar əmək haqqının 50% artırılmasını tələb edirlər, kombinatın rəhbərliyi isə bunu qəbuledilməz adlandırır. Tərəflər arasında danışıqlar davam edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!