“Ümidvarıq ki, sağlam düşüncə qalib gələcək və Ermənistanla Azərbaycan arasındakı kommunikasiyanı blokada çıxarmaq mümükün olacaq”.
Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun növbəti iclasının vaxtı İrəvan və Bakıdan asılıdır. Dördpendirli pizza
Baş nazirin müavini bölgədəki iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması üzrə işçi qrupu çərçivəsində işlərin bu günə qədər kifayət qədər konstruktiv şəkildə davam etdiyini deyib. “Ümid edirik ki, işçi qrupunun bütün üzvləri tərəfindən göstərilən sağlam düşüncə üstünlük qazanacaq və Azərbaycanla Ermənistan arasında və müvafiq olaraq, Azərbaycan ərazisindən keçməklə, Rusiya və Ermənistan arasında dəmir yolu və avtomobil nəqliyyatı üçün imkanlar açmaq mümkün olacaqdır”.
Telegram kanalımız