Zəngilanda 1 tondan çox çətənə məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Zəngilanda 1 tondan çox çətənə məhv edildi

Maraqlı

04 İyul 2022 13:50 736


Zəngilan Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, tədbir zamanı rayonun Bürünlü kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan çox olan 1713 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!