Zəngilanda 400-ə yaxın tut ağacı əkilib -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Zəngilanda 400-ə yaxın tut ağacı əkilib - Fotolar

Hadisə

03 Dekabr 2020 12:40 872


Növbəti ağacəkmə işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndi ərazisində keçirilib. 

Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov Yenisabah.az-a bildirib ki, Ekologiya və Təbii Sərvətlər və Kənd Təsərrüfatı Nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçirilən ağacəkmə tədbirində karantin rejiminin tələblərinə əməl olunmaqla 400-ə yaxın tut ağacı əkilib. 

M.Səfərovun sözlərinə görə bu, Zəngilan rayonu ərazisində keçirilən ikinci əkin-bərpa tədbiridir, bundan əvvəl rayon ərazisində Şərq çinarları əkilmişdi. Dominos pizza

“Xatırladım ki, payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Ağdam və Qubadlı rayonlarının ərazilərində də ağacəkmə tədbirləri keçirilib, yerli şəraitə uyğun müxtəlif cinsli ağaclar əkilib və meşəcinsli ağac toxumları səpilib. Respublikanın bütün bölgələrində  əkin-bərpa  işləri davam edir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!