Zəngilanda sərhəd zastavasının açılışı olub

saytların hazırlanması

Evə çatdırılma

Zəngilanda sərhəd zastavasının açılışı olub

Hadisə

05 Yanvar 2021 17:17 1102


Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin Zəngilan rayonunun Bartaz kəndində sərhəd zastavası xidməti fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, zastavanın açılışında DSX-nın rəis müavinləri İlham Mehdiyev və Azad Ələkbərov iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. Dominos pizza

Qeyd olunub ki, Vətən müharibəsi başladığı ilk günlərdən Azərbaycan sərhədçiləri tərəfindən Füzuli rayonundakı təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük ərazi işğaldan azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırımsürətli hücumla düşmənə ağır zərbə endirilib.

Sərhədçilər yaradılmış şəraitə, diqqət və qayğıya görə Prezident İlham Əliyeva təşəkkür ediblər.

Sonda mərasim iştirakçıları sərhəd zastavası ilə tanış olublar. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!